BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məramnamə

Milli Yol Təşkilatının:
Məramnamə

A)Əsas prinsiplər

  1. (Milli Yol Təşkilatı.)Azərbaycan Türk millətinin milli mənafeyinin prinsplərini əsas götürərək məhz 35 (otuz beş) milyonnan artıq Güney Azərbaycan Türkünün, Fars şovnizimi tərəfindən zəbt olunmuş ərazisini və milli hökümətini əldə etmək və öz Dövlətçiliyini bərpa etmək uğrunda mübarizə aparan Milli qurumdur.( Milli Yol Təşkilatı) Qısaca özünü,milli yol tanıdır
  2. (Milli Yol) heç bir daxili və ya xarici gücə ,Dövlətə, təşkilata bağlı deyildir. Milli Yol, Azərbaycan baxımsız və milli fəalarının iş birliyi nəticəsində yaranan, idarə olunan, yalnız milli iradəyə güvənərək yola çıxan milli və baxımsız bir təşkilatdır.
  3. (Milli Yol )un ,əsas məqsədi, vahid torpaq, vahid Millət və vahid dövlət. yaradılmasından ibarətdir.
  4. (Milli Yol) Azərbaycanlıların milli mənafeyinin keşiyində durmasını özünə vəzifə bilir, Güney Azərbaycanda müstəqil və demokratik Dövlət yaradılmasını Azərbaycanlıların milli haqqı olaraq hesab edir.
  5. (Milli Yol) Güney Azərbaycanda Türk millətinin milliləşmə və milli kimliyklənməsini başlıca şərtlərdən biri hesab edir və mədəniyyət, zəngin milli ənənəyə söykənməli və kültürəsl həyat həmən Türk mədəniyyətinin tərkip hisəsinə çevirilməsinin tərafdardı.Eyni halda ki irq, qan ,din ,təbəqəsini qətiyyətlə rəd edərək 21 (iyirmi birinci )əsirdə demokratik ölkələrin, özəliklədə Birləşmiş Millətlər Təşkilatında millət və millətlərini özünə ayid və məxsus dil ,vətən, tarix ,adət və ənənə Azərbaycan Türkləri üçün qəbul edir.
  6. Milli Yol millətin milli iradəsini hər gücün üstündə olduğuna inanaraq milli mücadiləmizin uğur əldə etməsində və öz məqsədinə nayil olmaq üçün bütün Azərbaycanlıların iştrakını zəruri saır,bu baxımdan soyundan ,dilindən,cinsindən və ictimayi və ıqtisadi və dini ,məzhəbi və inancı irqindən aslı və ayrım olmayaraq hər bir Azərbaycanlı qutsal azadlıq mübarizəsində öz sıralarında görmək istəyir.
  7. (Milli Yol) digər təbliğatçı, icraçı və əməlyatçı qolaryla birlikdə ,Güney Azərbaycan müstəqilliyi uğurunda məhzəbçi və işğalçı rejimə və hər kimsəki onun yanında yer almış olsun ,mübarizə əlamətidir və Azərbaycan millətinin milli mənafeyinə ,demokratiya və insan haqqlarını müdafiyə edən mübarizə aparan bütün digər siyasi ,ictimayyi partiyalar, təşkilatlar,cəmiyyətlər ,dərnəklər və bu kimi qurmlarla və xarici Dövlətlər ilə mənafeyin qırmızı cizgiləri içərisində əlaqəni və müzakirəni və əməkdaşlıq və iş birliyini yetərincə haqlı və müsbət sayır.

B)Vətən

  1. (Azərbaycan) Türklərin əbədi və tanınmış Ana vətənidir.
  2. Azərbaycan torpağı Rus Qacar İnperyaları arasında kı müharibə nəticəsində iki əsas hisəyə Güney və Quzeyə parçalanmışdır.
  3. Tarixi Güney Azərbaycan ərazisi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Qəzvin, Həmadan,Tehran, və əlbrz və mərkiziyıaltılərınn və ənzə li və Astara bölgələri və kürdlərin əli ilə ilhaq olunmuş qürüə sünqür və bıcar şəhərləri Gilan ialtina ilhaq olunmuş Rəşt şəhəin əbartdır .
  4. Azərbaycan torpaq və əraziləri və onun bəyan olunan tarixi sərhədləri müzakirəyə açıq bir qonu deyil.

C)Hakimyət və Dövlətəçilik

  1. ( Milli Yol )inancna görə Dövlətin əsas güc qaynağı millətin milli iradəsi bilir və Dövlətin tək qulluq etdiyi yer millətdir.
  2. (Milli Yol )milli dövlətçilik əsasları Azərbaycan xalqının milli iradəsi və milli mənafeyi üstündə qurlur.
  3. ( Milli Yol) Güney Azərbaycanlıların milli qurtuluşu Milli gələcəkləri milli rifahı və səadəti, yalnız Güney Azərbaycanda milli müstəqil çağdaş dünyəvi demokratik, ədalətli və hüquqi təməli devlətin yaranışı Güney Azərbaycan milli cumuriyətinin qurluşu uğurunda mübarizə aparır.
  4. (Milli Yol) demokratik prinsipləri və tarixi əməli gerçəkləri əsas götürərək Güney Azərbaycanda Azərbaycan Türkcəsi rəsmi dövlət dili olaraq tanınmaqdadır .Azərbaycanda azınlıqların dili Türkcənin yanında dövlət tərəfindən rəsmi tanınıb qorunmalıdır.
  5. (Milli Yol)tarixi Azərbaycan torpaqlarında qurulan Güney Azərbaycan cümuriyətinin qonşu millətlər ilə oz sərhədlərini tarixi faktlar əsasında dünyavi əxlaq normalarına dayanaraq müzakirə və dosluq içində cızılmasının tərəfdarıdır.
  6. Azərbaycanda hər hansı bir dövlətin varlığını yalnız Azərbaycan xalqının çoxunluğunun iradəsini və demokratik seçki yolu ilə tanımalıdır.
  7. (Milli Yol) Güney Azərbaycan ərazisi işğala və parçalanmaya məruz qalmadan öncə ( 22.02.921)Qacar məmalik məhrusə ımperiyasında olan Azərbaycan xudmuxtar ıaltı və səltan nəşin ıaltın sərhədin Güney Azərbaycan ərazisi və sərhədi olaraq müdafiyə edir.
  8. (Milli Yol) milli və demokratik dövlətçilik ənənələrində dövlət yönətmiş məşru hakimyətlərin və hökmətə olan siyasi qurumların hərhansı Bir ideologiyası əsasında( Milli. Sosiyal.Liberal… ) azad fəailyət göstərmələrinə ana yasa qanunların pozmamaq və milli mənafeyi təhlükəyə salmamaq şərti ilə haqlı sayır.
  9. ( Milli Yol) milli və tarixi faktları özündə əks etdirən Azərbaycan Türklərin milli Bayrağı və eyni zamanda günümüzdə Quzeydı dalğalanan dövlət bayrağın (Göy ,Qırmızı ,Yaşıl Ay para və 8 qu.əli olduz )Güneydə Azərbaycanlıların da milli bayrağı olaraq qəbul edilir.
  10. (Milli Yol) Dövlətçilik əsaslarında və strajesində Quzey Azərbaycan Dövlətini birinci və əbədi öz müttəfiqi hesab edir və Quzey Azərbaycan hakimyətini və ərazi bütövlüyünü hər yerdə və hər şərtdə müdafiyə edir və Quzeydə Azərbaycan millətinin mənafeylərini müdafiyə edir.
  11. ( Milli yol) dövlətçilik əsaslarında , dövlətv burukrasısı , yanlız ana yasa çərçivə sində və şəxs lərin liyaqət və təhsili üzrə yaranır.
  12. ( Milli yol) dövlətçilik əsaslarında , Azərbaycan dövləti , millətinin milli mənfəətləri və onun hər sahə də ınkışafı uğrunda , diğr dövlətlər ilə sülh və dostluq ıçərı sində iki tərəfli ılışkılər qörör və milli mənafe üst- üstə düşn dövlətlər ilə münasibətlərə daha çox üstünlük vəriyr.
  13. ( Milli yol) xarıcı polıtıkasında , dövlət Azərbaycan xaricində yaşayan azərbaycan Türklərinin milli və mədəni huquqlarını qorumaq üçün onların yaşadıqları ölkə lərin dövlətləri ilə diplomatık əlaqə lər , iqtisadı anlaşmalar yaratmalıdır. digr ölkə lərdə ki azərbaycan li ların yaşam şərayitın o ölkə lərin Azərbaycan topraqlarında yaşayan nufus larının şərayit ilə qarşı liqli istisna sayılabilir.

Ç)Milli qurtluş və keçici hökumət

  1. ( Milli Yol)milli iradə yə söykənərək Azərbaycan hər sahədə istmar və işğaldan qurtarıb Azərbaycan tarixi ərazisində Azərbaycan milli dövlətin, müstəqil Güney Azərbaycan cümhuriyyəti adı altında qurub və Azərbaycan müstəqiliyini elan edəcək.
  2. Milli Yol müvəqqəti hökumət qurub və yeni Dövlətin sabitliyi və durumu üçün Dövləti ayaqda tutan sistem və önəmli narazılğları ,məhkəmə və təhlükəsizlik orqanları yaradacaq.
  3. Milli Yol qurduğu yeni müvəqəti hökumətdə, seçki qanunu hazırlayaraq, ona milli reforondomdan keçirəcək, seçki qanuna uyğun siyasi partiyalar rəsmi olaraq seçkilərdə yarşmaq üçün qeydiyyatdan keçib öz proqramlarını və “millət vəkillərini ” açıqlayacaqlar. Milli Yol müvəqqəti hökuməti bütün siyasi qurumlar təbliğatlarna və tanıtmalarna imkan yardacaqdır.
  4. Milli Yol müvəqqəti hökuməti reforondomdan qəbul olan seçki qanuna uyğun seçim səddi olmadan 12 Ay ta 24 Ay arasında milli məclis və bələdiyyə seçkilərini keçiriləcək . Milli Yol məclis seçkilərin də bir siyasi partiya kimi digər siyasi partiyalar ilə əlaqə yaradacaq. Çoxluq ilə qalib çıxan partiyya hökuməti təhvil verib və müvəqqətı hökumət sona çatacaq. O günə qədər bu məramnamə müvəqqəti hökumətin qanunudur.

D) Milli parlament

  1. Milli Yol Azərbaycan üçün dünyada mövcud olan ən demokratik və güclü rejimlər içərisində və Azərbaycan Dövlətçilik ənənələrinə uyğun və günümüzdə Azərbaycanın siyasi kültürünə mənsub dövlət sistemi və hökumət şivəsi çox partyalı parlament cümuryiyətində görür.
  2. Milli Yol milli parlament milətin gücü və iradəsinin təciz etiyi yer olaraq görür. Güney Azərbaycan milli cumuriyətində millətin azad iradəsi altında milli parlament hər cür hadisədə qanun çıxarmaq və millətin və ölkənin taleyini təyin edəcək qərarlar almaqa səlahəti vardır. Milli məclisin tənzimləməsiylə kanutsusyasını təməl qanunlarını təyin etmək dəyişiklik etmək yalnız milli referondomla mümkündür.
  3. Müstəqil Azərbaycan parlamentində siyasi partiyalar Azərbaycanın bütün şəhər və kəndlərdə azad failyət göstərib milləti öz siyasi qanunların tanıdıb və millət vəkillərini danıdaraq ədalətli yarışacaqlar. Partiyalar millətdən yığdıqları rəy və səs sayna görə məclisdə təmsil olunacaqlar.
  4. Seçilən milli məclisin ilk işi qeydiyyatdan keçən bütün siyasi partiyaların iştraki ilə baş bilənlər başda olmaqla birlikdə komisyalar yaradıb qısa zamanda kanutsusyanı tənzimləyib və milli məclisə çıxarsınlar. Milli məclisdən qəbul olan son kanutsusya millətin reforondomdan keçməlidir.
  5. Bütün dini etnik və azınlıqlar saylarna görə milli parlamentdə müstəqil millət vəkili və ya aznıık qrupu kimi təmsil olunmalıdır.
  6. Milli parlament bölgə bələdiyyə məclisinin etiraz olursa nəzarət sahibidir.
  7. Hökumətin başı baş nazirdir hər 4 ildən bir seçki ilə ən çox millət vəkillərini parlament yoluynan partiya başçısı baş nazir olaraq nazirlər kabinetinin və yeni hökumət qurur.
  8. Dövlət başçısı cumhur başçısıdır.hər 5 ildən bir cümhur başçısı millət vəkillərin səsi ilə seçilir.milli parlament və hökumətin əməllərinə nəzarət edən cümhur başçısıdır. Cümhur başçısı nəzarətin başı olaraq tərəfsiz və heç bir partiyaya bağlı olmamalıdır.
  9. Parlament başçısı məclisin başçısıdır. Hər ildən bir parlament başçısı millət vəkillərin səsi ilə seçilir. Parlament idarə edən partiyaların millət vəkillərinə çıxarlan qanunlara və məclisdəki seçkilərə nəzarət edən parlament başçısıdır. Parlament başçısı tərəfsiz və heç bir partiyaya bağlı olmamalıdır. 10- Dövlət qurumları kanutsusya əsasında bacarıqlı və təhsil və dürüstlük fakturaları üstündə qurularaq bütün Azərbaycanlılara bərabər və ayrı seçkilik qoymadan qulluq edəcək.

E) Bütövlük

  1. Milli Yol hesab edir ki Azərbaycan bu günkü dönəmdə ərazi etbarı ilə parçalanmış olsada Azərbaycan Türkü öz milli kimliyini və bütövlük ruhunu qoruyub saxlamış .Azərbaycan siyasi cəhətdən parçalansada milli, mənəvi və,mədəni və əxlaqi cəhətdən bütövdür.
  2. Milli Yol Azərbaycan xalqının səadət və rifahı Azərbaycanın tam şəkildə müstəqilliyi və eləcə də Azərbaycan xalqının qabaqcıl xalqlar sırasında yer tutmasının təkcə yolu, Güney və Qəzeyin birləşməsində Azərbaycanın bütövlüyündə görür.bu pirinsiflər Arazın iki tərəfindən olan Azərbaycan millətinin milli iradəsindən aslıdır.
  3. Milli Yol bütövlük uğurunda fəaliyyəti özünün ən müqəddəs vəzifəsi kimi baxır.
  4. Milli Yol Güney və Quzey Azərbaycan dövlətlərinin bir xalq nazirlər nəzarəti altında seçki yolu ilə birləşməsini ən doğru yol hesab edir. Birləşmə prosesi vahid Azərbaycan və ya fedral şəkilində ola bilər.

Ə) Azərbaycançılıq

  1. Azərbaycanda doğulan bir şəxsin etnik və dini mənsübiyətindən asılı olmayaraq Azərbaycanlıdır. Azərbaycanda yaşayan hər bir şəxs dinindən, dilindən, cinsindən, asılı olmayaraq bərabər hüquqa malikdi, və Azərbaycan onun vətəni saylır.
  2. Azərbaycan vətən anlayışı və Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan bütün vətəndaşlar üçün məqsəd məfkurəyə çevirlməlidir.
  3. Hər bir Azərbaycan vətəndaşı ölkənin dirçəldilməsini və dünyada layiqincə yer tutmasını özünə borc hesab etməlidir.
  4. Nəsillər boyu Azərbaycanda yaşayan hər bir vətəndaş bu torpağın Həqiqi varisi hesab olunmalıdır.
  5. Azərbaycan çoxunluq Türklərin vətəni olsada Azərbaycan ərazisində başqa xalqlarda yaşamaqdadır. Azərbaycan dövlətini və milli azınlıqların saylarna görə öz inancları və köçkünlərinin yaşatmasna dəstək və şərait yaratmalıdır.

F) Müstəqil milli ədliyə

  1. Ədalətli .əxlaqlı və, hüquqi dövlətin olması üçün məhkəmələr və yarqı sistemi tamam müstəqil və dövlətin siyasi orqanlarından azad olmalıdır. Dövlət hüquq bilim yurdlarından azad ali təhsilə şəxislər yetişdirlməlidir.
  2. Bütün nəzarət sistemi və nəzarət mənsublarınan gözlədiyi təkcə prinsip ,dövlətin hüquq və cinayət qanunlarıdır .kantutsusya əsasında toplumun və dövlətin bütün təbəqələrində azad dindirmə az ədalət məykəmənin əli ilə haq yerin tutar.
  3. Müstəqil məhkəmələr və kanututsya hüquq və cəza qanunlarına söykənərək, ərizələr və şikayətlər barəsində qərar verilməlidir.
  4. milli mənafeyi təhlükəyə salan cəzası və basın ithamlarından ,itham altında olanlar, sorğulardan sonra ,ümumi xalqın, azad dövlət ədalət məhkəməsi və tərəfsiz münsif heyətlərinin nəzarəti altında azad məhkəmədə yarqlanmalıdır.

G) Cəmiyyət insan haqları və Demokratiya

  1. aylə cəmiyyətin təbii və əsas üzə yidir və cəmiyyət və dövlət tərəfindən hər tərəfli qorunmalıdır.
  2. hər bir insan yaşamaq , əmniyyət , azadlıq və şəxsi toxunulmazlıq və qorxü və aclıqdan qorunmaq huququna malikdır.
  3. heç kəs işkənciyə və insanlıqdan kənar cəzaya məruz qalmamalıdır və edam cəzası qətyyəit ilə qaldırmalıdır.
  4. hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabr və eşıtlı huquqa sahibdir və heç bir fərq qoyulmadan mudafeə olmaq huququ var.
  5. heç kəs əsasız həbs olub tutulub saxlanılıb və ya sürgün edilə bilməz.
  6. Kişi ilə Qadının eyni haqları və azdlıqları vardır . Tarixi sənədlərindən olan əkdikləri qarşlamaq üçün Türk qadının haqlarına daha çox diqqət yetirib hər zaman qadınlara üstün şərait yaratmalıdır
  7. Uşaqlar Ölkə və toplumun gələcəyinin ümidi olaraq hər cür himayədən yararlanmalıdırlar və onların mənəvi və fiziki müdafyəsi Dövlətin əsas vəzifəsidir.
  8. Dilindən, Dinindən,Soyundan, Cinsindən, ictmayi mühitindən və sayirə vəzifələrindən aslı olmyaraq hər bir şəxsin din, fikir,əqidə və söz və vicdan azadlıqı vardır.
  9. Vətənimizə qarşı olmyan hər cür dinc yığncaqları icazə verilməlidir və hər bir şəxs azad şəkildə onlarda iştrak edə bilər.
  10. Hər bir Azərbaycan vətəndaşı bütün Dövlət strukturlarında iştirak etməsi üçün qanun çərçivəsində seçib ,seçilmək hüququna malikdir.

Ğ) İqtisadiyyat və sosial xidmətlər

  1. kənd təsərüfatı və əkinçiliyin Azərbaycan torpaqları və təbiyi şərayəti üçün daha əl verişli olduğunu nəzərə alaraq bu sahənin inkişafna daha çox üstünlük verilməlidir.
  2. Dövlət ədalətli iş qanunları hazırlayaraq işçinin,iş və sərmayə sahibinin əkinçinin haqlarını qoruyacaqdır.
  3. Dövlət bölgəsəl ıqtisadiyyata yol verərək daha səmərəli olan dost və qonşu ölkələrlə əməkdaşlıqa şərayit yaradacaqdır.
  4. Dövlət əkinçilik sahəsinin yanında texnoloji və sənaye sahəsində üstünlük verərək hər saahədə iş yeri yaradacaqdır .
  5. Milli Yol inhsarçı iqtisadiyyatın əleyhinə dir və Azərbaycanda azad bazar iqtisadiyyatının tərəfdarıdır və eyni təqdirdə sosyal və ictmayi güvəncliy və işçi hüquqları çox diqətli şəkildə qorunmalıdır və Dövlət yoxsulluq və işzizliklə kəsgin mübarizə etməsi ilə yanaşı yoxsul təbəqəyə az gəlirli şəxislərə işziz qalan və ya işdən çıxmış işçilərə diqət yetirib Dövlət onların ehtiyaclarını və şəraitinə görə sosiyal işsizlik maaşı və ya təzminat ödəməlidir
  6. Azərbaycanın yer altı yer üstü sərvətləri nefti qaz yataqları və mədənləri və sərvətlərini gəlir və bunlardan yaranan iş alanları millidir bu sərvətlər Dövlət tərəfindən milli məclis nəzarətində diqətlə özün müddətli sənəd əsasında istifadə olunmalıdır.
  7. Dövlət Azərbaycanın yeddi min illik tarixi və möhtəşəm iqlimi və coğrafiyası jevpltik üstünlüyündən faydalanaraq Azərbaycanı turist mərkəzinə çevrilməsinə milli gəlir kimi qayğı göstərəcəkdir.
  8. Dövlət iqtisadi siyasətində hər hansı bir idlogiyasında uzaq olmamalıdır və yalnız xalqın madı rifahının yüksəlməsinə xidmət etməlidir.
  9. Dövlət büdcəsindən kimsə siz yetim və evsiz vətəndaşlar üçün özəl yurdlar və yetimxanalar yaradıb və onların təhsil iş və yaşayışları üçün büdcə ayrlmalıdır .
  10. Dövlət işğal və istmar dövrünün səmərəsi olan sosyal sorunları və onlardan irəli gələn cinayət və suçlarıyla kəskin mübarizə edib və bu sorunlara əsir düşən soydaşları topluma təkrar qazındrması üçün qayğı göstərəcəkdir.
  11. Əlil və yaşlı vətəndaşlara ödənişsiz özəl sağlıq və yaşam üstünlükləri yaradılmalıdır.
  12. sağlıq və tibbi xidmətlər mükəməl olduqca ödənişsiz olmalıdır.
  13. Dövlət tərəfindən sərmayənin və enerji təhlükəsizlliyi qorunmalıdır Dövlət daxili sərmayənin böyüməsi və xarici sərmayənin Azərbaycana axması və əvəlcədən Azərbaycan qlobal böhranı ilə bərabər inkişaf üçün enerji və sərmayə təhlükəzizliyini tam şəkildə saxlayacaqdır.
  14. Azərbaycanın jevpltik üstünlüyündən faydalanaraq Azərbaycanın əmanətli enerji kolidoru olmağına bir milli gəlir kim qayğı göstərəcəkdir .
  15. Milli Yol. Dövlətin daxili ıqtisadi siyasətində bölgəsəl özünü idarə prinsipinə və bölgə nüfuz və faktlarına dayanaraq bələdiyələr və bölgə bəldiyəsi vasitəsiilə üstünlük verməyi məqsədə uyğun sayır.
  16. Azərbaycan Dövlətinin inkişafı üçün Azərbaycan alimlərini yüksək səviyədə təmin edib.Dünya standartlarına uyğun elmi mərkəzlər yaratmalıdır.elm hər bir idyalogiyadan azad olmalıdır.

 

H) Elm .Təhsil. Mədəniyyət

  1.  Azərbaycan Dövlətinin inkişafı üçün Azərbaycan alimlərini yüksək səviyədə.təmin edib.Dünya standartlarına uyğun elmi mərkəzlər yaratmalıdır
  2. Elim hər bir idyalogiyadan azad olmalıdır Elim və təhsil Dövlət strajesinin tərkib hisəsidir,elim və təhsilsiz normal cəmiyyət ola bilməz. Teori və tezini əsas götürməlidirlər və Elim və təhsil Dövlətin nəzarəti altında olmalıdır .
  3. Alimlər və Müəllimlər cəmiyyəti formalaşdıran hökumətin aparıcı qüvvələrindən biri kimi nəzərə alaraq savadlı və düşüncəli Alimlər və Müəllimləşdirmə Dövlət bütün imkanların səfərbər edib elim və təhsil sahəsində işləyənlərə hər cür madi mənəvi və hüquqi imkanlar verilməlidir.
  4. Hər bir Azərbaycan vətəndaşının Türk dilində təhsil almaq hüququ var. Azınlıqların Türk dili yanında öz ana dilərində təhsil almaq hüququ vardır.
  5. Birinci sinifdən orta məktəbi bitrənə kimi təhsil vacibdir.
  6. Ali məktəblər ixtisasından asılı olmayaraq təhsil ödənişsiz olmalıdır.
  7. Dövlət savadlı və bacarıqlı toplum formalaşması üçün ümumi fən peşələr və işlər yalnız iş və bilim yurdlarında geçirlən təhsildən alınan diplomlar ilə qurulmalıdır. Texniki ixtisası peşələri üçün təhsil mütləq hamıya ali diplomlar üçün təhsil qabiliyyəti və savadı olmalıdır.
  8. Türk milləti ümumi bəşər mədəniyyətnin qabaqcıl yerlərindən habelə kültür və parametri sözündə icad olan (xətt əlifba tərzi saat və tarix əsnası məsafə və ağrlıq ölçüləri və s…. )yaralnmalıdır.
  9. İnsanı milli və əxlaq və ənənə hörmət göstərib və özəl yer verilməlidir.
  10. Milli mədəniyyətin hər tərəfli inkişafı üçün Dövlət səvyəsində qayğı göstərilməlidir

X) Din

  1. Hər bir şəxsin öz dinini və əqidəsini dəyişmək dininə və əqidəsinə həm təklikdə həm də başqaları ilə birlikdə açıq ya xüsusi qaydada təbliğdə təlimdə ibarətdi dini ayın və mərasimlərin icrasında azaddır.
  2. Azərbaycan Dövlətinin abidələrə tarixi milli nümunə kimi yanaşaraq onlara xüsusi qayğı göstərməlidir.
  3. Din Dövlətdən ayrıdır ,din siyasətə heç bir şərtdə qarışmamalıdır və Dövlət cəmiyyətin dini dəyərlərinə nəzərə alaraq hökumət sistem və işləm mexanizmi tamamilə layiq olmalıdır.
  4. Dövlətin dini narazılığının himayə və imkanları əsasında dini qurumları millət öz dini və şəryəti xidmətlərini sunacaqlar. Ancaq tamam dini qurumlar hökumətin və Dövlətin işnə qarışmamalı və Dövlətçiliyə ziyan verə biləcək hər hansı bir fəaliyyətdən uzaq olmamalıdır və nizam əsasında Dövlətin qayda-qanunna hörmət etməlidir.

Son