BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Ana Yaprak / تشکیلات راه ملی / Dünya Azərbaycanlıların birlik və həmrəylik Günü

Dünya Azərbaycanlıların birlik və həmrəylik Günü

Həmrəylik günü.
Azərbaycan tarix boyu, şərəflə qeyrətlə qürurla yaşamış, 7500 illik tarixində alçaqlığa , Ədalətsizliyə baş əyməmiş .Azadlıq və ,Ədalət üçün savaşmış ,başqa Millətlərə ehtiram və hörmət ilə baxmış, kimsəni təhqir etməmiş. Öz torpaqlarında yaşayan Millətlərə hörmət ilə yanaşmış, onların varlıqlarını ,dillərin, ənənələrin yox etməyib. Əksinə göz bəbəyi kimi qorumuşdur ,190 ildən bəri ,Vətənimizin tarixin, dilin və daha doğrusu varlığını məhv etmək istəyən çıxarçı ,Dövlətlər və onların oyuncağı olan Fars, Rus ,şovinist, işğalçılar , Yurdumuzu tikə ,parça, öz içində əritməyə , yəni Farslaşdırmağa , Ruslaşdırmağa çalışmış və , çalışmaqdadırlar. Vətənimizin Rus işğalı altında olan bölümü tarixi bir, fürsəti düzgün dəyərləndirib və , çoxlu fədakarlıqlar və qurbanlar verdikdən sonra öz, Müstəqilliyini əldə etmişdir. Bildiyiniz kimi müstəmələkçi Tehran rejimi , Vətənimizin bütünlüyünü və təbii sərhədlərini bölməklə dağıtmışdır. Vətənimizin hər cəhətdən planlı olaraq bir xarabaya çevirib. Varlığımızı , dilimizi, mədəniyyətimizi , var yoxumuzu, yox etmək siyasəti aparır. Quzey Azərbaycanın istiqlalı eləcədə dünyada öz müstəqiliklərinə qovuşan millətlər, bizim milli qurtuluş Savaşımza örnək və yolumuza işıq saçdığı üçün, bu gün milli qurtuluş mücadiləmizin uğurla qurtuluşuna yaxınlaşır. Biz Güney Azərbaycan Milli Yol Təşkilatı olaraq millətimizi bu müqədəs savaşında tək qoymayıb və canımız bahasına yanında olacağımıza and içirik! Dəyərli Azərbaycan Təşkilatları bu gün ,həmrəylik birlik və bərabərlik zamanıdır. Dünyada və , ən əsası bölgəmizdəki hadisələr bizi daha da bir- birimizə yaxınlaşdırıb kiçik ixtilafları, Azərbaycanımızın milli çıxarları üçün bir kənara qoyub, tək səs və yumuruq olma zamanıdır, unutmamaq lazımdır ki , azadlıq verilməz alınır, bizim düşmənimizin nə qədər hiyləgər, vəyişi və irqçi olsada vaxt gəldikdə hər şeyi qüdrətdə qalmaq üçün satmağa hazır olan bir rejim olduğunu yaxşı bilirik . Bunu bilməliyikki öz içimizdə birləşmək olmazsa , nə düşmənə qalib gələ bilərik, nə də beynəlxalq ictimayyət tərəfindən dəstək qazanma imkanımız olar . Çalışaq ki tarix bizi Vətənpərvərliklə ansın və yad etsin . Güc Birlikdədir!
Yaşasın Azərbaycan!
Qəhr olsun Vətənimizə göz tikən işğalçılar.
Yaşasın Dünya Azərbaycanlılarının birlik və həmrəylikləri!