BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Ana Yaprak / Umumi / Güney Azərbaycan İstiqlalçılar Birliyinin Yenigün – bahar bayramı münasbəti ilə millətimizə təbrik mesajı

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Yenigün – bahar bayramı münasbəti ilə millətimizə təbrik mesajı

Türk milləti bütün sahələrdə irəlici gürüşlərlə tarix və mədəniyyətdə qalıcı izlər buraxmışdır. Türk milləti istər qadına bərabər baxış və davranışları, istər dövlətçilik və imperatorluqda sömürücülük anlayşı ilə yox, eşitlik ilkəsi ilə idarə etdigi dövlətlərdə, millətlərin dil və dinlərinə toxunmamaq və orada yaşayanlara eşit haqq tanımaqla bizə şanlı bir ənənə miras qüymüşdür. Bu gün çağdaş ölkələrdə doğaya verilən əhəmiyyət, mədəniyyət sayılarkən, bizim əcdadımız öz düşüncə və ideologiyalarının təməlini doğaya sayğı ilə qurub, şamanizm fəlsəfəsini dünyaya təqdim ediblər. Əcdadlarımızın doğaya verdikləri əhəmiyyət və sayğı, təbiətin qış mövsimindən çıxıb, bahar ilə yeni bir həyat yaşamasını, Yenigün, bəhar bayramı, oğuz bayramı və… adlandırdılar. Onlar doğanın yenidən doğuşunu ilin başlandığı gün kimi qəbul etdilər. Bu gün başqa mədəniyyətlərdə yeni il anlayşına baxarkən dini gürüşlərin izini daha qabarıq şəkildə gördüyümüzdə, əcdadlarımızın nə qədər realist və uzaq görən olduqları bizi bir yandan qürurlandırır, bir yandan da sorumluluğumuzu bir az da artırır. Güney Azərbaycan İstiqlalçılar Birligi olaraq Yenigün – bahar bayramı münasibəti ilə millətimizin bayramını təbrik edib, söz veririk qanımızın son damlasına qədər, onların qurtuluşu və türk millətinin layiq olduğu dövlətçiliyi uğrunda mübarzə aparaq. Gəlin təşkılatlanıb, sistematik mücadilə ilə irqçi və işğalçı düşməni ölkəmizdən ataq. Gerçək bayramı yaşayıb, gələcək nəslimizə müstəqil, azad, çağdaş və demokratik bir ölkə ərməğan edk. Yenigün bayramınız mübarək olsun !

گونئی آذربایجان ایستقلالچیلار بیرلیگینین یئنی گون- بهار بایرامی مناسبتی ایله میللتیمیزه تبریک مئساژی