BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Ana Yaprak / Slideshows / Almanin hökumət və parlementosuna muraciət

Almanin hökumət və parlementosuna muraciət

 

İlk olaraq Azərbaycan millti adından Alman millətinin və iki almanın birləşməsinin 30 illiyini təbrik edirik. Belə bir günü öz millətimiz üçündə arzulayırıq. Çünkü Azərbaycanın tarixi Alman millətinin tarixi ilə üst – üstə düşür Bizim Azərbaycan adlı vətənimizdə Rus və Farsların tərəfindən, İngilislərin pılanları əsasında iki yerə bölünmüşdür. Rusların payina düşən quzey hissəsində Azərbaycan topraqları üstündə “ Qondarma Ermənistan” dövlətini yaratmışlar . Buna ilavə olaraq Azərbaycanın bir hisəsini Gürcüstana başqa bir hissəsinidə Dağıstana vermişlər. 70 ildən sonra tikrar Azərbaycan öz müstəqilliyinə qovuşduqda Məskova bunu təhəmmül edə bilməyib ,Görcöstan və Okrayınada olduğu kimi Azərbaycanda da erməni adı ilə Azərbaycan ərazilərini işğal edib, qətl -amlara əl atıb ,bir milyon insanın qaçqın düşməsinə səbəb olmuşlar. 30 illik yad işğala son qoyub , qaçqınların öz doğma yurdlarına qayıtmasını sağlamaq üçün başlanan bu istənilməyən savaşda 92 ci illərdə olduğu kimi Ruslar ermənilərin yanında yer almaqdadırlar . Eləcədə Terorist Tehran rejimidıdə Ruslarla birlikdə ermənilərə hər cəhətli yardım etməklə yanaşı Əraq və Suriyyədən P.K.K. Terorçularını Qarabağa gətirmişlər Bu terorçularda Erməni və Ruslarla birgə Azərbaycana qarşı savaşda iştirak edirlər. Ruslar Ermənilərə verəcəyi silahları İranda Xəzər denizində olan Ənzəli limanına gındərib və oradan güney azərbaycan əraziləri üstündən bu silah və savaş sursatı ilə yanaşı yanacağı İrəvana aparırlar.
Azərbaycanın güney hissəsinə gəldikdə, bu ərazi məqsədli yönlu olaraq 13 hissəyə bölünmüşdür. Ərazilərinə kürdlər və farslar yerlədirilir. Kültür və mədəmiyyəti yox edilməkdədir. 100 ildir ki Anadili yasqlanmışdır. 35 milyonluq bir xalq öz anavətənində müstəmərə həyatı yaşamaqdadır. Millətimiz zorla farslaşdırılmağa çalışırlar. Özlərini demokrat sayan ölkər isə bu məsələdən yan keçirlər. Ancaq öz maddi, siyasi və istiratejik çıxarlarını düşünürlər. Şah və Xumeyni kimi diktator caniləri hakimiyyətə gətirib, İran adlanan millətlər dusdağını qorumağa çalışırlar. Hətta orada olan xəbərləri verməkdəndən belə imtina edirlər.
Haqlı olaraq millətimiz şərqi Almanda olduğu kimi, Tehran rejiminin əsarətində yaşamaq istəmir. Almanda olduğu kimi birləşib, bir bayraq altında yaşamaq istəyir. Keçən cumə axşamı (01.10.2020) Güney Azərbaycanın bütün şəhərlərində Qarabağın (Şvarzvald) azad edilməsi ni himayət edib , və tehran rejiminin ermni canilərinə yardımını qınamaq üçün keçirilən etiraz yürüyüşlərinin qarşısını almağa çalışan rejim , bir çox sayida Azərbaycanlının tutuqlanmasının şahidi olduq. Təəsüflə qərb ajentlikləri və özlərini sözdə demokrat

adlandıran qərb ölkələri Azərbaycanın bu haqlı davasını himayət etmək yerinə İrəvan , Tehran və Məskovanın yanında yer aldılar. Necə diyərlər Məsihi ermənilərin işğalını və törətdiyi cinayətləri mənimsədilər .Bu demokratlardan soruşmaq lazimdirki , xaç savaşları bugündə başqa bir şəkildəmi sürdürülməkdədir,?!
Xisusilə biz Alman millətinin bizim millətimizlə ayni taleiyi yaşadığını nəzərə alaraq ,Rus Erməni və Tehran aliyansı qarşısında kəsin mövqe tutacağını düşünürdük. Erməni lobisini oyucağına çevrilmiş Fransa prezidentinin yanında yer alacağını düşünmürdük .
Biz buna inanırıq ki ,İşğal olunmuş ərazinin azad edilməsi və uzun vədəli olaraq alman kimi 50 milyonluq nufuza malik olan iki Azərbaycanın tikrar birləşməsi , iqtisadi ,istiratejik və yer alti sərvətləri baxımdan məntəqədə böyük rol oynaya bilər ,məntəqədə sibat və əmniyyətin yaranmasında, iqtisadi gəlişməsində lazimi öhdəliklər üzərinə götürə bilər

Vahid müstəqil azərbaycan cəbhəsi
Güney Azərbaycan Milli yol Təşkilati